https://news.day.az/azerinews/1711723.html Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı - FOTO Biləsuvarda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı - FOTO

Azərbaycanca, 30 ноября 2024 11:35 (UTC +04:00) 519
Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı

Biləsuvarda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. 

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib.

Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

  • Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı
  • Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı
  • Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı
  • Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости