Praqadakı Azərbaycan Mədəniyyət Evində milli rəqs dərsləri başlayır

Praqada yerləşən Azərbaycan Mədəniyyət Evi Lenay Seidali-zadənin müəllifi olduğu "Rəqs Emalatxanası" layihəsi çərçivəsində 8 yaşdan yuxarı uşaqlar üçün Azərbaycan milli rəqslərinin tədrisinə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-а verilən məlumata görə, milli rəqs və musiqimizin Azərbaycandan kənarda təbliği, qürbətdəki yeniyetmə və gənc nəsil soydaşlarımıza ötürülməsi, mənəvi və fiziki tərbiyənin mühüm vasitəsi kimi tanıdılması dərslərin təşkilinin əsas məqsədidir.

Bildirilir ki, ölkəmizdən uzaqda güclü rəqs qruplarının təşkili və istedadlı ifaçılarla, quruluşçuların aşkara çıxarılması da layihənin hədəflərindəndir.

Rəqslər Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli görkəmli xoreoqraf Roza Cəlilovanın tələbəsi olan, Bakıdan dəvət edilən peşəkar pedaqoqlar və xoreoqraflar tərəfindən öyrədiləcək.

Dərslər hər bazar saat 14:00-da 1 saat olmaqla Azərbaycan Mədəniyyət Evində keçiriləcək.

 

Şagirdlərin qara rəngli köynək, rəqs şalvarı, corab və ya balet ayaqqabısı geyinməsi tələb olunur.

Qeydiyyat 5 dekabr 2024-cü il tarixinə qədər davam edəcəkdir. İlk dərs 8 dekabr 2024-cü il tarixində keçiriləcəkdir. 2 ay davam edəcək tədrisin (8 dərs) ümumi qiyməti 1200 krondur. Yerlər məhduddur.

Maraqlananlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

+420 774 713 343