https://news.day.az/azerinews/1721407.html Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verib Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri.

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verib

Azərbaycanca, 8 января 2025 13:11 (UTC +04:00) 523
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, hadisə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm.

Həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости