https://news.day.az/azerinews/1723812.html Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsi üçün müxtəlif addımlar atılır - Ceyhun Bayramov Azərbaycan və Türkiyə münasibətləri əhatə dairəsinə görə çox genişdir. Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsi üçün müxtəlif addımlar atılır - Ceyhun Bayramov

Azərbaycanca, 18 января 2025 13:36 (UTC +04:00) 984
Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsi üçün müxtəlif addımlar atılır

Azərbaycan və Türkiyə münasibətləri əhatə dairəsinə görə çox genişdir.

Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

Nazir bildirib ki, bu münasibətlərin daha da genişləndirilməsi üçün müxtəlif addımlar atılır.

"Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında sıx təmaslar mövcuddur. Sıx görüşlərə baxmayaraq, yeni mövzular hər dəfə artır.

Azərbaycanda artıq fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Xüsusilə işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin artan fəaliyyəti vurğulanmalıdır",- deyə C.Bayramov bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости