Ən yüksək maaşı bu sahədə çalışanlar alır - MƏBLƏĞ

2025-ci ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin yanvar ayı ilə müqayisədə 6,2 faiz artaraq 6,0 milyard manat olub.
Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən material hazırlayıb.
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре