https://news.day.az/azerinews/1736786.html Şamaxıda ağır qəza - İki nəfər öldü Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə "DAF" markalı yük avtomobili toqquşub.

Şamaxıda ağır qəza - İki nəfər öldü

Azərbaycanca, 13 марта 2025 15:39 (UTC +04:00) 399
Şamaxıda ağır qəza

Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə "DAF" markalı yük avtomobili toqquşub.

Nəticədə "Mercedes"in 1980-ci il təvəllüdlü sürücüsü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости