https://news.day.az/azerinews/1736826.html Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola "Dostluq" ordenini təqdim etdi.

Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

Azərbaycanca, 13 марта 2025 17:02 (UTC +04:00) 404
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola "Dostluq" ordenini təqdim etdi.

Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Fatih Birol da öz növbəsində "Dostluq" ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости