https://news.day.az/azerinews/1738032.html Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ Bu gün Bakının Yasamal və Suraxanı rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycanca, 18 марта 2025 09:40 (UTC +04:00) 827
Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakının Yasamal və Suraxanı rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, H.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə martın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости