Bakı-Sumqayıt qatarında yaranan sıxlıq necə həll ediləcək?

Bakı-Sumqayıt qatarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olur.

Day.Az xəbər verir ki, məsələni həll etmək üçün azərbaycan dəmir yolları reyslərin sayını artırır.

Görüntülər Bakı-Sumqayıt qatarındandır. Qatarın intervalının az olması səbəbindən sıxlıq yarandığı iddia edilir.

Yaranan sıxlıqları nəzərə alaraq aprel ayının 1-dən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.