https://news.day.az/azerinews/1752462.html Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü - FOTO AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun "Şahmat klubu" verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.

Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

Azərbaycanca, 13 мая 2025 20:52 (UTC +04:00) 574
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü

AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun "Şahmat klubu" verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.

Day.Az Milli.Az-a istinadən bildirir ki, Ginnes Rekordlar Kitabının rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və Ginnesin Rekordlar Kitabının diplomunu Faiq Həsənova təqdim edib.

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.

Rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş "Fiqurların hakimi" filmi nümayiş etdirilib.

"Şahmat klubu" verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.

Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.

  • Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
  • Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости