Bu ilin dörd ayında ən çox ziyarətçi qəbul edən "Yanardağ”qoruğu olub

Bu ilin dörd ayında Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ziyarət edənlərin sayı açıqlanıb.

Day.Az bu barədə Qoruqları İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Belə ki, 2025-ci ilin dörd ayı üzrə ziyarətçi göstəricilər aşağıdakılardır:

Yanvar: yerli 2289, əcnəbi 19569, ödənişsiz 998

Fevral: yerli 1447, əcnəbi 17149, ödənişsiz 768

 

Mart: yerli 2827, əcnəbi 20219, ödənişsiz 2663

Aprel: yerli 3016, əcnəbi 34537, ödənişsiz 4132

Ümumilikdə: yerli 9579, əcnəbi 91474, ödənişsiz 8561

Qeyd edək ki, bilet qiymətləri Azərbaycan Respublikasının vətəndaşları üçün 2 manat, tələbələr üçün 1 manatdır. Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları, şəhid ailəsinin üzvləri üçün giriş pulsuzdur. Xarici ölkə vətəndaşları üçün bir nəfərlik biletin qiyməti 9 manatdır. 12 yaşı tamam olmayan xarici ölkə vətəndaşları üçün giriş pulsuzdur.