https://news.day.az/azerinews/1755919.html Hədəfimiz büdcənin cari xərclərini qeyri-neft gəlirləri hesabına qarşılamaqdır – Maliyyə naziri Ötən il icra olunan 21.3 milyard manat məbləğinda cari xərclərin 90 %-i və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxil olmaların hesabına qarşılanıb. Bu bizim üçün önəmlidir.

Hədəfimiz büdcənin cari xərclərini qeyri-neft gəlirləri hesabına qarşılamaqdır – Maliyyə naziri

Azərbaycanca, 27 мая 2025 10:37 (UTC +04:00) 404
Hədəfimiz büdcənin cari xərclərini qeyri-neft gəlirləri hesabına qarşılamaqdır

Ötən il icra olunan 21.3 milyard manat məbləğinda cari xərclərin 90 %-i və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxil olmaların hesabına qarşılanıb. Bu bizim üçün önəmlidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Gələcək maliyyə sabitliyimizi qorumaq baxımından ana hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2026-cı il və növbəti ilin büdcəsini təqdim edən zaman bunun üzərində işləyəcəyik və yaxın gələcəkdə bunu 100 %-ə çatdırmağı hədəfləyirik", - deyə nazir bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости