Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Day.Az-ın yerli müxbiri xəbər verir ki, dünyanın 15 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar.
xxx
08:53
Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində ilk olaraq Füzuliyə gəliblər.
Day.Az xəbər verir ki, səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlara Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla bağlı məlumat verilib.
Səyahətçilərə "Böyük qayıdış" dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib.
15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре