https://news.day.az/azerinews/1771318.html Koreya şirkətlərinin Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv iştirak imkanları dəyərləndirilib Azərbaycan və Koreya Respublikası arasında süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Day.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Koreya şirkətlərinin Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv iştirak imkanları dəyərləndirilib

Azərbaycanca, 31 июля 2025 18:13 (UTC +04:00) 511
Koreya şirkətlərinin Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv iştirak imkanları dəyərləndirilib

Azərbaycan və Koreya Respublikası arasında süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Day.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşdük. Görüşdə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqında müzakirələr apardıq.

Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşa uçuşların təşkili, həmçinin, Koreya şirkətlərinin Azərbaycanda aktiv iştirak imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости