https://news.day.az/azerinews/1782559.html Yumurta seçərkən bu səhvləri etməyin - Diqqət Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. Lakin bir çox insan yumurta alarkən bəzi vacib məqamlara diqqət etmir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, aşağıdakı məqamları bilmədən yumurta almaq həm sağlamlıq, həm də keyfiyyət baxımından risklidir:

Yumurta seçərkən bu səhvləri etməyin - Diqqət

Azərbaycanca, 24 сентября 2025 02:15 (UTC +04:00) 411
Yumurta seçərkən bu səhvləri etməyin - Diqqət

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. Lakin bir çox insan yumurta alarkən bəzi vacib məqamlara diqqət etmir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, aşağıdakı məqamları bilmədən yumurta almaq həm sağlamlıq, həm də keyfiyyət baxımından risklidir:

Tarixə diqqət edin: Yumurta qablaşdırmasının üzərində istehsal və son istifadə tarixi göstərilir. Həmişə daha təzə tarixli məhsulları seçmək tövsiyə olunur.

Qabığa baxın: Çatlamış, ləkəli və ya kirdən təmizlənməmiş yumurtalar bakteriya daşıya bilər. Belələri alınmamalıdır.

Rəng fərqi aldatmasın: Ağ və ya qəhvəyi yumurtanın qida dəyərində ciddi fərq yoxdur. Fərq yalnız toyuğun cinsindən asılıdır.

Soyuducuda saxlanma: Yumurta otaq temperaturunda uzun müddət qaldıqda tez xarab ola bilər. Aldıqdan sonra mütləq soyuducuda saxlayın.

"Suda batma testi": Evdə şübhəli yumurtanı yoxlamaq üçün stəkana su qoyun. Əgər yumurta dibə batırsa təzədir, üzdə qalırsa köhnədir.

Etiket məlumatı: "Orqanik", "azad gəzən" və ya "ferma" yazıları istehsal üsulu haqqında məlumat verir. Bu göstəricilərə diqqət etmək sağlam və keyfiyyətli seçim etməyə kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости