https://news.day.az/azerinews/1825781.html Manat əmanətləri xarici valyuta depozitlərini iki dəfədən çox üstələyib Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib. Day.Az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.

Manat əmanətləri xarici valyuta depozitlərini iki dəfədən çox üstələyib

Azərbaycanca, 3 апреля 2026 19:37 (UTC +04:00) 344
Manat əmanətləri xarici valyuta depozitlərini iki dəfədən çox üstələyib

Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib.

Day.Az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.

Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,943 milyard manat, xarici valyuta ilə isə 5,267 milyard manat təşkil edib.

 

Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manat və ya 20,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici bu ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 75,9 milyon manat və ya 1,5%, illik nisbətdə isə 363,5 milyon manat və ya 7,4% artıb.

Beləliklə, bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,3 dəfə üstələyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости