Başmaqla maşın sürməyə görə CƏRİMƏ?
Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən, sürücü nəqliyyat vasitəsini təhlükəsiz idarə etməli və yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalıdır. Başmaq və ya digər narahat ayaqqabılar idarəetmə zamanı ayaqdan çıxa, pedalların arasına sıxışa və ya sürücünün əyləcə vaxtında basmasına mane ola bilər. Bu isə birbaşa qəza şəraiti yaradır.
Əgər sürücü başmaqla maşın sürərkən hər hansı bir yol-nəqliyyat hadisəsinə (qəzaya) səbəb olarsa, bu hal onun diqqətsizliyi və avtomobili tam nəzarətdə saxlaya bilməməsi kimi qiymətləndirilir. Belə vəziyyətdə sürücü ümumi qayda pozuntusuna və qəzaya səbəb olmağa görə inzibati məsuliyyətə cəlb edilir və cərimələnir.
Nəqliyyat ekspertləri həm qanuni məsuliyyətdən yayınmaq, həm də həyatınızı riskə atmamaq üçün sükan arxasında altı düz, rahat və ayağı tam qapayan ayaqqabılardan istifadə etməyi, maşında ehtiyat ayaqqabı saxlamağı tövsiyə edirlər.
Qısacası, Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununda sürücünün geyimi və ya ayaqqabı növü (məsələn, başmaq, şəpşəp, dabanlı ayaqqabı) ilə bağlı birbaşa qadağa yoxdur və buna görə konkret pul cəriməsi nəzərdə tutulmayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре