https://news.day.az/azerinews/1849764.html
Qara dənizdə Türkiyə gəmisinə hücum olub - Ölən var
Qara dənizdə Türkiyə bayrağı altında üzən "Mv Reyhan Sari" adlı quru yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata görə, kömür yükü daşıyan gəmi hücum zamanı Rusiyanın Taman limanından Türkiyənin Trabzon limanına istiqamətində hərəkət edirdi.
Qara dənizdə Türkiyə gəmisinə hücum olub - Ölən var
Qara dənizdə Türkiyə bayrağı altında üzən "Mv Reyhan Sari" adlı quru yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, kömür yükü daşıyan gəmi hücum zamanı Rusiyanın Taman limanından Türkiyənin Trabzon limanına istiqamətində hərəkət edirdi.
Gəminin sahibi olan "T&O Shipping Co. Ltd." şirkətinin məlumatına əsasən, hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər isə yaralanıb.
Gəmi zədələnsə də, öz hərəkəti ilə Samsun limanına çata bilib. Yaralı dənizçilər isə helikopter vasitəsilə sahilə təxliyə olunublar.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре