https://news.day.az/azerinews/1855044.html Azərbaycanlıların olduğu gəmiyə PUA hücumu Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu "Volga 4007" yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir. Day.Az musavat.com-a istinadən bildirir ki,  hadisə barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Azərbaycanlıların olduğu gəmiyə PUA hücumu

Azərbaycanca, 20 августа 2026 14:38 (UTC +04:00) 148
Azərbaycanlıların olduğu gəmiyə PUA hücumu

Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu "Volga 4007" yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir. 

Day.Az musavat.com-a istinadən bildirir ki,  hadisə barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanından çıxarkən hücuma məruz qalıb.

İlkin məlumata əsasən, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.

Hücum zamanı gəminin göyərtəsində ümumilikdə 13 heyət üzvü olub. Onlardan 10-u Hindistan, 3-ü isə Azərbaycan vətəndaşıdır.

Dron hücumundan sonra heyət üzvlərinin təxliyəsinə başlanılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəminin nə qədər zərər gördüyü barədə hələlik məlumat verilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости