https://news.day.az/azerinews/1857129.html ABŞ Rusiyanın qarşısında şərt qoydu ABŞ Rusiya-Ukrayna müharibəsi başa çatmayana qədər Rusiya ilə iqtisadi güzəştləri və ya hər hansı digər razılaşmaları müzakirə etməyə hazır deyil.

ABŞ Rusiyanın qarşısında şərt qoydu

Azərbaycanca, 1 сентября 2026 14:13 (UTC +04:00) 181
ABŞ Rusiyanın qarşısında şərt qoydu

ABŞ Rusiya-Ukrayna müharibəsi başa çatmayana qədər Rusiya ilə iqtisadi güzəştləri və ya hər hansı digər razılaşmaları müzakirə etməyə hazır deyil.

Day.Az xəbər verir ki, bu barədə "Reuters" ABŞ maliyyə naziri Skott Bessentlə Rusiyanın maliyyə naziri Anton Siluanov arasında keçirilən ikitərəfli görüşün nəticələri ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, Siluanov "qarşılıqlı maraq doğuran sahələri" müzakirə etməyə cəhd göstərdikdə, Bessent onun sözünü kəsərək "münaqişə başa çatmayana qədər heç nə mümkün deyil",-deyə bildirib.

Bundan əlavə, ABŞ rəsmisi anonimlik şərti ilə agentliyə bildirib ki, görüşdə əsas diqqət Prezident Donald Trampın Ukrayna ilə bağlı sülh planına yönəlib.

Görüş bir gün əvvəl ABŞ-nin Aşvill şəhərində keçirilib. Görüşün davamının sentyabrın 1-də keçirilməsi planlaşdırılır. Rusiyanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, tərəflər maliyyə istiqamətində Rusiya-Amerika əməkdaşlığı məsələlərini, eləcə də G20 çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости