https://news.day.az/azerinews/1858241.html Rusiyada qar uçqunu - 11 nəfər həlak olub Rusiyanın Kabardin-Balkar bölgəsində Bezenqi dərəsində 33 alpinistdən ibarət qrup uçquna düşüb. Day.Az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, uçqun sentyabrın 6-da, bazar günü saat 17:00 radələrində Mijirqi dağından qopub.

Rusiyada qar uçqunu - 11 nəfər həlak olub

Azərbaycanca, 7 сентября 2026 11:37 (UTC +04:00) 279
Rusiyada qar uçqunu

Rusiyanın Kabardin-Balkar bölgəsində Bezenqi dərəsində 33 alpinistdən ibarət qrup uçquna düşüb.

Day.Az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, uçqun sentyabrın 6-da, bazar günü saat 17:00 radələrində Mijirqi dağından qopub.

Sentyabrın 7-si, bazar ertəsi səhər saatlarına olan məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, altı nəfər xəsarət alıb. 10 nəfər öz imkanları ilə uçqun zonasından çıxmağa müvəffəq olub. Altı alpinistin axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına 56 nəfər cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əməliyyatın keçirildiyi ərazidə relyef əlverişsizdir və yeni uçqunların baş verməsi təhlükəsi qalmaqdadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости