https://news.day.az/azerinews/1858886.html Yuxusuzluğun mənfi təsirlərini idmanla azaltmaq mümkündür Kəskin yuxusuzluqdan sonra qısamüddətli fiziki məşqlər yaddaş və diqqət pozuntusu kimi bəzi koqnitiv fəsadları azaltmağa kömək edə bilər. Day.Az xəbər verir ki, rusiyalı həkim İnessa Yakimoviç bildirib ki, idman tam yuxunu əvəz etməsə də, yuxusuz günün daha rahat keçirilməsinə müəyyən dəstək verir.

Yuxusuzluğun mənfi təsirlərini idmanla azaltmaq mümkündür

Azərbaycanca, 10 сентября 2026 06:48 (UTC +04:00) 215
Yuxusuzluğun mənfi təsirlərini idmanla azaltmaq mümkündür

Kəskin yuxusuzluqdan sonra qısamüddətli fiziki məşqlər yaddaş və diqqət pozuntusu kimi bəzi koqnitiv fəsadları azaltmağa kömək edə bilər.

Day.Az xəbər verir ki, rusiyalı həkim İnessa Yakimoviç bildirib ki, idman tam yuxunu əvəz etməsə də, yuxusuz günün daha rahat keçirilməsinə müəyyən dəstək verir.

Həkim kanadalı alimlərin araşdırmasına istinad edərək qeyd edib ki, 20 dəqiqəlik fiziki məşq kəskin yuxusuzluq zamanı epizodik yaddaşın qorunmasında 90 dəqiqəlik yuxu qədər effektiv nəticə göstərə bilər.

Bununla belə, mütəxəssis vurğulayıb ki, yuxu və idman eyni funksiyanı yerinə yetirmir. Yatmaq imkanı varsa, ən doğru seçim yuxudur. Fiziki aktivlik isə itirilmiş yuxunu kompensasiya etmir, yalnız yuxusuzluq şəraitində beynin müvəqqəti olaraq daha səmərəli fəaliyyət göstərməsinə kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости