https://news.day.az/azerinews/1859369.html Hövsan sakinlərinə ŞAD XƏBƏR: 3 dəmir yolu stansiyası istifadəyə veriləcək Hövsanda dəmir yolu stansiyasının bərpası və ya yeni stansiyaların inşası ilə bağlı gözləntilər davam edir. Bu məsələ xüsusilə ərazidə yaşayan sakinlər üçün şəhər mərkəzinə və digər istiqamətlərə daha rahat çıxış baxımından əhəmiyyət daşıyır.

Hövsan sakinlərinə ŞAD XƏBƏR: 3 dəmir yolu stansiyası istifadəyə veriləcək

Azərbaycanca, 11 сентября 2026 16:55 (UTC +04:00) 172
Hövsan sakinlərinə ŞAD XƏBƏR:

Hövsanda dəmir yolu stansiyasının bərpası və ya yeni stansiyaların inşası ilə bağlı gözləntilər davam edir. Bu məsələ xüsusilə ərazidə yaşayan sakinlər üçün şəhər mərkəzinə və digər istiqamətlərə daha rahat çıxış baxımından əhəmiyyət daşıyır. Layihənin hansı mərhələdə olduğu və Hövsanda stansiyaların nə vaxt istifadəyə verilə biləcəyi ilə bağlı Azərbaycan Dəmir Yollarına sorğu ünvanladıq.

Day.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, Azərbaycan Dəmir Yolları (ADY) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

Qeyd olunub ki, Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

"Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

Yeni Suraxanı-Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası nəzərdə tutulur. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır", - cavabda bildirilib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости