https://news.day.az/azerinews/1859748.html Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır. APA xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan

Azərbaycanca, 13 сентября 2026 16:40 (UTC +04:00) 235
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır.

APA xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Suriyaya səfərinin əsas məqsədlərindən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya səfərinə hazırlıqla bağlı məsələləri müzakirə etməkdir. Səfərdən əvvəl Yüksək Planlaşdırma Qrupunun həyata keçirə biləcəyi işlər və hazırlıqlar nəzərdən keçirilib: "Prezidentimizin yaxın gələcəkdə Suriyaya həyata keçirməsi planlaşdırılan səfəri də müzakirə olunan məsələlər arasında idi. Özü bu səfəri çoxdan arzulayır. Biz də səfərin baş tutması üçün lazımi şəraitin yaradılması istiqamətində çalışırıq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости