https://news.day.az/azerinews/1860207.html Moskva danışıqları bərpa etməyə hazırdır - Lavrov ABŞ Ankoricdə əldə olunmuş razılaşmalardan geri çəkilməsəydi, sülhə hələ bir il əvvəl nail olmaq mümkün idi. Day.Az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Moskva danışıqları bərpa etməyə hazırdır - Lavrov

Azərbaycanca, 15 сентября 2026 15:42 (UTC +04:00) 166
Moskva danışıqları bərpa etməyə hazırdır

ABŞ Ankoricdə əldə olunmuş razılaşmalardan geri çəkilməsəydi, sülhə hələ bir il əvvəl nail olmaq mümkün idi.

Day.Az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Moskva danışıqları bərpa etməyə hazırdır, lakin danışıqların keçirildiyi müddətdə atəşkəs rejiminin tətbiqini nəzərdə tutmur.

"Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmaları iflasa uğradıqdan sonra dəfələrlə demişik ki, danışıqlar müddətində xüsusi hərbi əməliyyatı dayandırmayacağıq", - deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna buna hazır olduğu təqdirdə dialoqa qayıtmağa hazırdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости