https://news.day.az/azerinews/1860346.html Xınalıq yolunda sürüşmə olub - VİDEO Qubanın Xınalıq kəndinə gedən yolda sürüşmə olub, avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb. Yolda yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Xınalıq yolunda sürüşmə olub - VİDEO

Azərbaycanca, 15 сентября 2026 22:25 (UTC +04:00) 258
Xınalıq yolunda sürüşmə olub

Qubanın Xınalıq kəndinə gedən yolda sürüşmə olub, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

Yolda yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ərazidə hər iki istiqamət üzrə müvafiq xəbərdaredici və istiqamətləndirici yol nişanları quraşdırılıb, hərəkət iştirakçıları alternativ marşrut kimi Alpan-Susay-Xınalıq yolu istiqamətinə yönləndiriliblər. Görülən işlərlə bağlı yerli icra strukturları, bələdiyyə nümayəndələri və yol polisi əvvəlcədən məlumatlandırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости