https://news.day.az/azerinews/1862911.html Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov Artıq 10 ildir ki, ölkəmiz dünyanın ən nüfuzlu yarışlarından biri olan Formula 1 Dünya Çempionatının mərhələsinə uğurla ev sahibliyi edir. Bu möhtəşəm turnir hər il olduğu kimi, bu il də həm xarici qonaqlarımızın, həm də yerli vətəndaşlarımızın böyük marağına səbəb olub.

Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov

Azərbaycanca, 26 сентября 2026 17:30 (UTC +04:00) 210
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib

Artıq 10 ildir ki, ölkəmiz dünyanın ən nüfuzlu yarışlarından biri olan Formula 1 Dünya Çempionatının mərhələsinə uğurla ev sahibliyi edir. Bu möhtəşəm turnir hər il olduğu kimi, bu il də həm xarici qonaqlarımızın, həm də yerli vətəndaşlarımızın böyük marağına səbəb olub. Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov deyib.

Anar Ələkbərov bildirib ki, şəhərin yarış coşqusu və ab-havasısözün əsl mənasında inanılmazdır.

 

"İstər dünyanın dörd bir yanından gələn xarici qonaqlar, istərsə də yerli azarkeşlər bu bənzərsiz atmosferdən böyük zövq və ilham alırl. İnsanların gözlərindəki o səmimi həyəcanı görmək və yüksək səviyyəli təşkilatçılıqdan duyulan bu böyük məmnuniyyətə şahid olmaq həqiqətən qürurvericidir.

Ölkəmizdə belə mötəbər yarışların keçirilməsinə yaratdığı geniş şəraitə və göstərdiyi daimi dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk. İnanıram ki, bu sürət və bayram əhval-ruhiyyəsi hər kəs üçün unudulmaz olacaq", - Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости