https://news.day.az/azerinews/1863616.html Anım Gününün dərin ümummilli əhəmiyyəti var - Sahibə Qafarova Anım Gününün dərin ümummilli əhəmiyyəti var. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parılamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq altı ildir ölkədə Anım Günü qeyd edilir.

Anım Gününün dərin ümummilli əhəmiyyəti var - Sahibə Qafarova

Azərbaycanca, 30 сентября 2026 11:26 (UTC +04:00) 193
Anım Gününün dərin ümummilli əhəmiyyəti var

Anım Gününün dərin ümummilli əhəmiyyəti var.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parılamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq altı ildir ölkədə Anım Günü qeyd edilir.

Sahibə Qafarova xatırladıb ki, sentyabrın 27-də Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.

Onun sözlərinə görə, həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyətin nümayəndələri də Zəfər Parkında olublar. Ölkənin şəhər və rayonlarında Anım Günü ilə bağlı tədbirlər keçirilib.

Sahibə Qafarova vurğulayıb ki, şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir.

"Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüvvətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa da kömək göstərir", - deyə o əlavə edib.

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости