https://news.day.az/azerinews/1863814.html Kibercinayətlərin sayı gündən-günə artır - Kamran Əliyev Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kibercinayətlərin sayı gündən-günə artır - Kamran Əliyev

Azərbaycanca, 30 сентября 2026 21:34 (UTC +04:00) 258
Kibercinayətlərin sayı gündən-günə artır

Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.

Baş prokuror yeni növ cinayətlərdən də danışıb:

"Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər nəzərdə tutulur", - Baş prokuror bildirib.

Kamran Əliyev qeyd edib ki, cinayətkarlar yeni informasiya texnologiyalarının, o cümlədən süni intellektin imkanlarından istifadə edirlər.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə kimi əməlləri əhatə edir", - o deyib.

Baş prokurorun sözlərinə görə, hazırda törədilən bütün cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir. O, bunun prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının həmin sahədə bilik və bacarıqlarını təkmilləşdirməsini zəruri etdiyini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости