https://news.day.az/azerinews/1863937.html Türkiyədə 50-dən çox insanın ölümündə təqsirləndirilən təhlükəli terrorçu tutulub Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qanlı terror aktının suriyalı iştirakçılarından biri olan Ömər əl-Xətibi saxlayıb. Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb. Terror aktı nəticəsində 53 nəfər həyatını itirmişdi.

Türkiyədə 50-dən çox insanın ölümündə təqsirləndirilən təhlükəli terrorçu tutulub

Azərbaycanca, 1 октября 2026 13:18 (UTC +04:00) 205
Türkiyədə 50-dən çox insanın ölümündə təqsirləndirilən təhlükəli terrorçu tutulub

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qanlı terror aktının suriyalı iştirakçılarından biri olan Ömər əl-Xətibi saxlayıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.

Terror aktı nəticəsində 53 nəfər həyatını itirmişdi.

MİT-in məlumatına görə, əl-Xətib "qırmızı bülleten" əsasında beynəlxalq axtarışda olub. O, Türkiyədən dəniz yolu ilə çıxaraq Avropaya getməyə hazırlaşdığı zaman keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Qeyd olunur ki, əl-Xətib terror aktının təşkilində əsas rol oynayıb. O, hücumun birbaşa icraçıları ilə keçmiş Suriya Prezidenti Bəşər Əsədlə əlaqəli kəşfiyyat əməkdaşları arasında əlaqə və koordinasiyanı təmin edib.

2013-cü ilin mayında Reyhanlıda iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə 53 nəfər həlak olub, onlarla insan yaralanıb. Terror aktı ilə bağlı istintaq uzun illər davam edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости