https://news.day.az/azerinews/1864290.html "Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırdı Yaponiyanın "Toyota" və "Honda" avtomobil istehsalçıları genişmiqyaslı daşqınlar səbəbindən Tailanddakı zavodlarının fəaliyyətini dayandırdıqlarını açıqlayıblar. Bu barədə "The Nation" qəzeti məlumat yayıb. Şirkət oktyabrın 2-dən 6-dək Praçinburi və Ayutthaya əyalətlərindəki zavodlarının fəaliyyətini müvəqqəti dayandırır.

"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırdı

Azərbaycanca, 2 октября 2026 20:38 (UTC +04:00) 329
"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırdı

Yaponiyanın "Toyota" və "Honda" avtomobil istehsalçıları genişmiqyaslı daşqınlar səbəbindən Tailanddakı zavodlarının fəaliyyətini dayandırdıqlarını açıqlayıblar.

Bu barədə "The Nation" qəzeti məlumat yayıb.

 

Şirkət oktyabrın 2-dən 6-dək Praçinburi və Ayutthaya əyalətlərindəki zavodlarının fəaliyyətini müvəqqəti dayandırır. Buna səbəb komponent təchizatçılarının daşqınlar, xüsusilə Çonburi və Rayonq əyalətlərində baş verən daşqınlar səbəbindən avtomobil istehsalı üçün zəruri olan hissələri çatdıra bilməməsidir

Qeyd edək ki, Tailandda daşqınların fəsadları 2,6 milyondan çox sakinin güzəranına təsir edib, təbii fəlakət nəticəsində 40 nəfər həlak olub. Ölkədə daşqınlarla bağlı vəziyyət mövsümi musson yağışları fonunda kəskinləşib. Sentyabrın 26-da Banqkokda uzunmüddətli güclü yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Təbii fəlakət təxminən 329 min təsərrüfat subyektinə, yaxud 700 minə yaxın insana təsir edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости