https://news.day.az/azerinews/1864335.html Əhmədlidə köşkdə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində ərzaq satışı köşkündə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Əhmədlidə köşkdə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb

Azərbaycanca, 3 октября 2026 10:49 (UTC +04:00) 135
Əhmədlidə köşkdə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində ərzaq satışı köşkündə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər yanğının genişlənməsinə imkan vermədən onu qısa müddətdə söndürüblər.

Ümumi sahəsi 20 kvadratmetr olan köşkdə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.

Köşk yanğından mühafizə edilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости