https://news.day.az/azerinews/1864890.html Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir - FOTO Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir.

Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir - FOTO

Azərbaycanca, 6 октября 2026 09:40 (UTC +04:00) 219
Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir

Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Konfrans "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi" mövzusuna həsr olunub.

Tədbirin açılışında AHK Azərbaycanın icraçı direktoru Nargis Wieck, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke çıxış edəcəklər.

Konfrans çərçivəsində Ələt Azad İqtisadi Zonası İdarəsinin sədri Valeh Ələsgərov, "Siemens Energy" şirkətinin Avropa üzrə baş vitse-prezidenti Frederik Doye, "Azər-Türk Bank"ın İdarə Heyəti sədrinin müavini, baş kommersiya direktoru Farid Quliyev və "Silk Way West Airlines"ın MDB, Türkiyə və İsrail üzrə vitse-prezidenti Vüqar Məmmədov da çıxış edəcəklər.

Tədbirdə "İnfrastruktur və enerji - dayanıqlı bağlantıların təmin edilməsi", "Azərbaycanda investisiyaların səfərbər edilməsi: çoxtərəfli inkişaf banklarının və ixrac kredit agentliklərinin rolu", "Nəqliyyat və logistika - Orta Dəhliz: Azərbaycanın strateji rolu və tərəfdaşlıqlar" və "Rəqəmsallaşma - rəqəmsal dəhlizin qurulması" mövzularında panel müzakirələri keçiriləcək.

Panellərdə "VNG AG", "Siemens Energy", Azərbaycan Yaşıl Enerji Şirkəti (AGEC), "Green Energy Corridor Power Company", Alman Enerji Agentliyi (dena), Asiya İnkişaf Bankı (ADB), Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi, PAŞA Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), "Rhenus Group", "Azerbaijan Railways", "Hamburg Port Consulting", Bakı Limanı, "Roland Berger", PwC və "AzerTelecom" kimi qurumların nümayəndələri iştirak edəcəklər.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev konfransda əsas məruzə ilə çıxış edəcək.
Konfransın əsas müzakirə mövzuları sırasında Orta Dəhlizin qlobal ticarət marşrutu kimi inkişafı, nəqliyyat və logistika infrastrukturuna investisiyaların cəlb edilməsi, yaşıl enerjinin istehsalı və ötürülməsi, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya, rəqəmsal gömrük və kibertəhlükəsizlik məsələləri yer alır.

Tədbirin sonunda "Nəqliyyat və logistika infrastrukturu", "Yaşıl enerjiyə keçidin sürətləndirilməsi" və "Rəqəmsallaşma və ticarət" mövzularında biznes-hökumət (B2G) dəyirmi masa sessiyalarının keçirilməsi nəzərdə tutulub.

Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi, Orta Dəhliz boyunca investisiya imkanlarının müzakirəsi və infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılması məqsədi daşıyır.

Xəbər yenilənəcək

  • Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости