https://news.day.az/azerinews/1865052.html Şimali Koreyadan Cənubi Koreyaya sərt xəbərdarlıq Şimali Koreya Cənubi Koreyanın sərhəddə mina partlayışı ilə bağlı ittihamlarını rədd edərək, ərazisinə hər hansı müdaxilə olacağı təqdirdə "dərhal və qəti cavab tədbirləri" görəcəyini açıqlayıb.

Şimali Koreyadan Cənubi Koreyaya sərt xəbərdarlıq

Azərbaycanca, 6 октября 2026 17:31 (UTC +04:00) 220
Şimali Koreyadan Cənubi Koreyaya sərt xəbərdarlıq

Şimali Koreya Cənubi Koreyanın sərhəddə mina partlayışı ilə bağlı ittihamlarını rədd edərək, ərazisinə hər hansı müdaxilə olacağı təqdirdə "dərhal və qəti cavab tədbirləri" görəcəyini açıqlayıb.

Day.Az xəbər verir ki, Pxenyan Seulun araşdırmasını "qəsdən hazırlanmış saxtakarlıq" adlandırıb və bunu suverenliyinə qarşı ciddi təxribat kimi qiymətləndirib.

Cənubi Koreyanın məlumatına görə, sentyabrın 21-də demilitarizasiya olunmuş zonada Şimali Koreyanın quraşdırdığı minanın partlaması nəticəsində iki hərbçi ağır yaralanıb.

Seul Pxenyandan üzr istəməyi və minaların təmizlənməsini tələb etsə də, Şimali Koreya xəbərdarlıq edib ki, oxşar hadisə təkrarlanarsa, bütün məsuliyyət Cənubi Koreyanın üzərinə düşəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости