https://news.day.az/azerinews/1865192.html Bu ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Bakının Binəqədi və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan etibarən başlanılacaq.

Bu ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Azərbaycanca, 7 октября 2026 11:56 (UTC +04:00) 210
Bu ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan etibarən başlanılacaq.

İşlər Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki Cəfər Cabbarlı küçəsini, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsini əhatə edəcək. Şossenin qeyd olunan hissəsində təmir hər iki istiqamət üzrə aparılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости