https://news.day.az/azerinews/1865462.html Paşinyan Azərbaycanla dəmir yolu xəttinin bərpasını Rusiya ilə müzakirə edəcək Baş nazir Nikol Paşinyan Rusiya Dəmir Yolları ASC-nin baş direktoru - İdarə Heyətinin sədri Oleq Belozyorovla Gümrü-Türk Qarakilsəsi-Türkiyə sərhədi və Arazdəyən-Naxçıvanla sərhəd dəmir yolu sahələrinin bərpası ilə bağlı məsələləri müzakirə etmək niyətində olduğunu bildirib.

Paşinyan Azərbaycanla dəmir yolu xəttinin bərpasını Rusiya ilə müzakirə edəcək

Azərbaycanca, 8 октября 2026 13:06 (UTC +04:00) 224
Paşinyan Azərbaycanla dəmir yolu xəttinin bərpasını Rusiya ilə müzakirə edəcək

Baş nazir Nikol Paşinyan Rusiya Dəmir Yolları ASC-nin baş direktoru - İdarə Heyətinin sədri Oleq Belozyorovla Gümrü-Türk Qarakilsəsi-Türkiyə sərhədi və Arazdəyən-Naxçıvanla sərhəd dəmir yolu sahələrinin bərpası ilə bağlı məsələləri müzakirə etmək niyətində olduğunu bildirib.

Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bunu o, jurnalistin Rusiya tərəfinin Ermənistanın Axurik və Arazdəyən sahələrinin bərpasında iştirak imkanının İrəvan tərəfindən nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı sualını cavablandırarkən deyib.

Paşinyan həmçinin Qazaxıstan şirkətinin də Türk Qarakilsəsi (Axurik) və Arazdəyən (Yerasx) sahələrinin bərpasında maraqlı olduğunu qeyd edib.

"Müzakirə edəcəyik, müxtəlif məsələlər var, müzakirə edəcəyik", - deyə ermənistanlı baş nazir əlavə edib.

Belozyorov gələn həftə Ermənistana səfər edəcək. Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvanın bu məsələdə Ermənistana yardım göstərməyə hazır olduğunu yenidən bəyan etmişdi. .

"Avrasiya İqtisadi İttifaqının öncəki toplantısında dəmir yolu ilə bağlı razılaşmamız olmuşdu və bu razılaşmanın nəticəsi olaraq gələn həftə Rusiya Dəmir Yollarının rəhbəri Ermənistana gələcək. Biz işçi müzakirə aparacağıq və onun nəticələrinə əsasən müəyyən qənaətlərə gələcəyik", - Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости