https://news.day.az/azerinews/1865513.html Tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbi AÇIQLANDI Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərində yaranmış problemin səbəbi açıqlanıb.

Tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbi AÇIQLANDI

Azərbaycanca, 8 октября 2026 15:43 (UTC +04:00) 228
Tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərində yaranmış problemin səbəbi açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

"Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir. İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir".

Məlumatda bildirilib ki, hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.

"Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə TƏBİB-dən bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости