https://news.day.az/azerinews/1865804.html Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ Ölkəmizdə ümumi orta təhsil icbaridir. Dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ

Azərbaycanca, 9 октября 2026 17:02 (UTC +04:00) 225
Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir?

Bir sıra KİV və sosial şəbəkə platformalarında şagirdlərin dərsdən 7 gündən çox yayınmasına görə valideynlərinin 100 manat məbləğində cərimələnəcəyi barədə məlumatlar yayılıb.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, ölkəmizdə ümumi orta təhsil icbaridir. Dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.

"Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq müvafiq qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir.

Valideyn məsuliyyətinin artırılması məqsədilə müvafiq qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.

Şagirdlərin dərsə davamiyyəti təhsil müəssisələri tərəfindən nəzarətdə saxlanılır. Qanuni nümayəndə ilə aparılan iş nəticəsində şagirdin davamiyyəti təmin edilmədikdə müvafiq yerli bölməyə məlumat verilməklə, şagirdin təhsildən yayınması barədə müvafiq rayon və ya şəhər icra hakimiyyətinə və aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir", - deyə əlavə edilib.

Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcəyini açıqlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости