https://news.day.az/azerinews/1865879.html Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş qərəzli və məqsədyönlü paylaşımların aşkarlandığını açıqlayıb.

Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib

Azərbaycanca, 9 октября 2026 22:52 (UTC +04:00) 452
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş qərəzli və məqsədyönlü paylaşımların aşkarlandığını açıqlayıb.

Mərkəzin sosial şəbəkə hesabında yayımlanan bəyanatda bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı möhkəm əlaqələri, strateji müttəfiqliyi və "Bir millət, iki dövlət" prinsipini hədəfə alan materialların yayıldığı bildirilib.

Qeyd olunub ki, bu cür paylaşımlar Türkiyə və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə, eləcə də regionda sülh və sabitliyi pozmağa hesablanmış informasiya manipulyasiyasının tərkib hissəsidir.

"Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq bağları əsasında qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirirlər. Ölkələr arasında strateji tərəfdaşlıq, birgə təşəbbüslər və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ bəyanatlarla ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək", - deyə açıqlamada vurğulanıb.

Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu kimi materiallara inanmamağa, məlumatları yalnız rəsmi qurumların açıqlamaları əsasında qiymətləndirməyə çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости