https://news.day.az/azerinews/1866059.html Dünyada qəhvəyə ən çox tələbat olan ölkələr açıqlanıb Dünyada ən çox qəhvə Amerika Birləşmiş Ştatlarında istehlak olunur. Beynəlxalq Qəhvə Təşkilatı (ICO) ən çox qəhvə istehlak edən ölkələrin siyahısını hazırlayıb. Siyahıda 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər olan müddət ərzində olan qəhvə istehlakı üzrə qlobal statistika əsas götürülüb.

Dünyada qəhvəyə ən çox tələbat olan ölkələr açıqlanıb

Azərbaycanca, 10 октября 2026 16:24 (UTC +04:00) 196
Dünyada qəhvəyə ən çox tələbat olan ölkələr açıqlanıb

Dünyada ən çox qəhvə Amerika Birləşmiş Ştatlarında istehlak olunur.

Beynəlxalq Qəhvə Təşkilatı (ICO) ən çox qəhvə istehlak edən ölkələrin siyahısını hazırlayıb.

Siyahıda 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər olan müddət ərzində olan qəhvə istehlakı üzrə qlobal statistika əsas götürülüb.

 

ABŞ-də bu müddət ərzində qəhvə istehlakı 24,6 milyon kisə təşkil edib. Braziliya 23,5 milyon kisə ilə cüzi fərqlə ikinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə Almaniya (9,59 milyon), Yaponiya (6,25 milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon), Fransa (5,84 milyon) və Çin (5,42 milyon) qərarlaşıb.

İlk onluğu Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon) tamamlayıb.

Adambaşına düşən illik orta qəhvə istehlakına görə isə Lüksemburq liderdir. Bu ölkədə göstərici 19,85 kiloqram təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости