https://news.day.az/azerinews/1866253.html Trampın xüsusi elçisi və kürəkəni Moskvaya səfərlərini təxirə salıb ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Rusiya ilə danışıqlar aparmaq üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar. Day.Az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbəyinə istinadən məlumat yayıb.

Trampın xüsusi elçisi və kürəkəni Moskvaya səfərlərini təxirə salıb

Azərbaycanca, 12 октября 2026 09:24 (UTC +04:00) 177
Trampın xüsusi elçisi və kürəkəni Moskvaya səfərlərini təxirə salıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Rusiya ilə danışıqlar aparmaq üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Day.Az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton əvvəlcə Ukrayna və Avropa ölkələrinin Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni təklifə dəstək verib-verməyəcəyini aydınlaşdırmaq istəyir.

Bundan əvvəl Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan enerji atəşkəsi barədə razılığa gəldiyini açıqlamış və tərəfləri razılaşmanı pozmamağa çağırmışdı.

"Axios"un yazdığına görə, ABŞ prezidentinin açıqlaması tərəflərin neft emalı zavodlarına qarşı hücumları dayandırmasını nəzərdə tutan mümkün razılaşma ilə bağlıdır.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik təmaslar davam edir. Enerji infrastrukturuna hücumların dayandırılması mümkün atəşkəs təşəbbüslərinin əsas istiqamətlərindən biri kimi müzakirə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости