https://news.day.az/azerinews/1866420.html Vətəndaşları dələduzluqdan qoruyacaq mexanizm - Bu cür qadağa qoya bilərsiniz - VİDEO Vətəndaşlar onlayn istehlak kreditlərinin rəsmiləşdirilməsinə və mövcud kredit limitlərinin artırılmasına özləri qadağa qoya bilərlər. Bunun üçün Azərbaycan Kredit Bürosunun rəqəmsal platforması olan Findoc portalında şəxsi kabinetə daxil olaraq müvafiq məhdudiyyəti aktivləşdirmək lazımdır. Qadağa dərhal kredit tarixçəsində əks olunur.

Vətəndaşları dələduzluqdan qoruyacaq mexanizm - Bu cür qadağa qoya bilərsiniz - VİDEO

Azərbaycanca, 12 октября 2026 16:24 (UTC +04:00) 179
Vətəndaşları dələduzluqdan qoruyacaq mexanizm

Vətəndaşlar onlayn istehlak kreditlərinin rəsmiləşdirilməsinə və mövcud kredit limitlərinin artırılmasına özləri qadağa qoya bilərlər. Bunun üçün Azərbaycan Kredit Bürosunun rəqəmsal platforması olan Findoc portalında şəxsi kabinetə daxil olaraq müvafiq məhdudiyyəti aktivləşdirmək lazımdır. Qadağa dərhal kredit tarixçəsində əks olunur.

Day.Az xəbər verir ki, məhdudiyyət tətbiq edildikdən sonra banklar və bank olmayan kredit təşkilatları məsafədən kredit verməzdən və ya kredit limitini artırmazdan əvvəl bu məlumatı yoxlamalıdırlar. Qadağa qüvvədə olduğu müddətdə onlayn istehlak kreditinin rəsmiləşdirilməsi mümkün olmayacaq. Kredit müraciəti yalnız məhdudiyyət aradan qaldırıldıqdan sonra həyata keçirilə bilər.

Yeni qaydalara əsasən, onlayn kreditlər üzrə vəsaitin müştəriyə köçürülməsi də müəyyən müddətlə məhdudlaşdırılır. Minimum əməkhaqqının iki mislinədək olan kreditlər üzrə vəsait müqavilə bağlandıqdan iki saat, bu məbləğdən yuxarı kreditlər üzrə isə 24 saat sonra təqdim ediləcək. Məqsəd vətəndaşları tələsik kredit qərarlarından və dələduzluq hallarından qorumaqdır.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости