https://news.day.az/azerinews/1866560.html Qatar relsdən çıxdı - Beş nəfər ölüb Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində azı beş nəfər həlak olub, 30 nəfər yaralanıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb. Bildirilib ki, Karaçidən Peşəvərə hərəkət edən "Rehman Baba Express" qatarının 14 vaqonunun hamısı relsdən çıxıb.

Qatar relsdən çıxdı - Beş nəfər ölüb

Azərbaycanca, 13 октября 2026 09:34 (UTC +04:00) 197
Qatar relsdən çıxdı

Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində azı beş nəfər həlak olub, 30 nəfər yaralanıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, Karaçidən Peşəvərə hərəkət edən "Rehman Baba Express" qatarının 14 vaqonunun hamısı relsdən çıxıb. Hadisə yerli vaxtla saat 05:15 radələrində Şer Şah körpüsünün yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya çatdırılıb, xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости