Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2027-ci ildə infyalsiya səviyyəsinin 5,6 faizə qədər azalacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın 2026-cı ildəki 5,8 faizdən 2027-ci ildə 5,6 faizə qədər azalacağını proqnozlaşdırır.
Day.Az xəbər verir ki, bu barədə fondun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" (World Economic Outlook) adlı son hesabatında bildirilib.
BVF hesabatın aprel buraxılışında Azərbaycanda inflyasiyanın 2026-cı ildə 6 faiz təşkil edəcəyini, 2027-ci ildə isə 5,1 faizə enəcəyini gözləyirdi. Fondun qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 faiz təşkil edib.
Bununla yanaşı, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında ölkədə istehlak qiymətləri 2025-ci ilin müvafiq ayı ilə müqayisədə 5,5 faiz artıb.
Statistik məlumatlar göstərir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda illik inflyasiya əsasən 5-6 faiz intervalında olub. Sentyabrda bu göstərici ilin əvvəlindəki 5,4 faizlə müqayisədə 5,5 faiz təşkil edib. Aprel və may aylarında inflyasiya 6,3 faizə çatıb, iyunda 6 faizə, iyulda 5 faizə enib. Avqustda isə 4,9 faizə düşdükdən sonra sentyabrda yenidən artıb.
BVF, həmçinin Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının saldosuna dair 2026 və 2027-ci illər üzrə proqnozlarına əhəmiyyətli dəyişiklik edib.
Fondun yeni qiymətləndirmələrinə əsasən, cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 11,3 faizini təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici 4,6 faiz olub. 2027-ci ildə isə profisitin ÜDM-in 9,8 faizinə qədər azalacağı gözlənilir.
Hesabatın əvvəlki buraxılışında BVF cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 9,7 faizini, 2027-ci ildə isə 5,4 faizini təşkil edəcəyini proqnozlaşdırmışdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре