İğtişaş yaradırlar...kimin təhriki ilə olur bilirik - Allahşükür Paşazadə geyim formasından DANIŞDI
Xaricdə olan qüvvələrin Azərbaycanın siyasətini, inkişafını gözü götürmür. Buna görə, hər hansı bir məsələdən iğtişaş yaradırlar.
Day.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib. O, vahid geyim forması ilə bağlı məsələdə xarici qüvvələrin gərginlik yaratdığını bildirib.
"Bu gün yaşananlar kimin təhriki ilə olur bilirik. İnsanların dinindən, mənəviyyatından istifadə edirlər. Dövlət bu məsələni də həll edəcək. Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarında hicab sözü yoxdur. Amma məqsədli şəkildə hicab sözündən istifadə edirlər. Biz dindarlar bu gün Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yanındayıq. Xarici qüvvələr bilsinlər ki, bizim dövlətimiz yaşayacaq", - deyə o bildirib.
Şeyx bu gün hicab məsələsini ortaya qoyaraq insanlar arasında qarşıdurma yaradılmasını qəbuledilməz adlandırıb.
"Hicab mövzusundan dövlətə və dövlətçiliyə qarşı istifadə edirlər. O xarici qüvvələrə demək istəyirəm ki, istəkdilərinə nail ola bilməyəcklər. Bu qədər məscidlərin bərpa olunmasının, torpaqların azad olunmasının səbəbkarı bu dövlətdir. Torpaqlarımızda belə qarşıdurmalar görmək istəmirik. Bu dövlətçiliyi heç bir zaman əldən verməyəcəyik. Dindarlara isə müraciət edirəm ki, səbrli olsunlar. Bizim daxili işimizə müdaxilə edərək, dindarlardan istifadə etmək istəyənlər bilsinlər ki, biz bu dövlətin yanındayıq. Onların ümidləri ürəyində qalacaq. Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır.
O qeyd edib ki, Qarabağ işğalda olduğu zaman məscidlərimiz dağıdılıb, talan edilib.
"Məscdilərimiz haram heyvanların saxlanılması üçün istifadə edilirdi. Onların bu münasibəti müsəlmançılığa qarşı idi. Azərbaycan məscidlər tikir, bərpa edir, dindarlara maddi mənəvi yardım göstərir. İndi Qarabağdan quran səsi, azan səsi gəlir", - Allahşükür Paşazadə xatırladıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре