https://news.day.az/azerinews/1866891.html Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib Azərbaycanda elektrik şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, qoşulma müddəti isə 41 gündən 20 günə endirilib.

Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib

Azərbaycanca, 14 октября 2026 10:57 (UTC +04:00) 160
Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib

Azərbaycanda elektrik şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, qoşulma müddəti isə 41 gündən 20 günə endirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

Nazir bildirib ki, bu nəticələr "bir pəncərə" prinsipinin tətbiqi və elektron xidmətlərin genişləndirilməsi hesabına əldə olunub.

Onun sözlərinə görə, sahibkarların enerji infrastrukturuna çıxışının asanlaşdırılması diqqət mərkəzindədir. Prosedurların sadələşdirilməsi, xidmətlərin şəffaflığının artırılması və enerji təchizatının etibarlılığına dair məlumatların açıqlanması biznesin inzibati yükünü azaldır.

P.Şahbazov enerji səmərəliliyinin də rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanun enerjiyə qənaət edən texnologiyaların tətbiqini, bu sahəyə sərmayə qoyuluşunu və yeni xidmət bazarlarının inkişafını təşviq edir.

Bu tədbirlər enerji israfını azaltmaqla yanaşı, enerji auditi və idarəçiliyi kimi sahələrdə sahibkarlıq üçün yeni imkanlar yaradır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости