https://news.day.az/azerinews/1866907.html Yaşıl enerji layihələrinə 2,6 milyard dollar investisiya qoyulacaq - Nazir Azərbaycanda bərpa olunan enerjinin inkişafının birinci mərhələsi çərçivəsində 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq.

Yaşıl enerji layihələrinə 2,6 milyard dollar investisiya qoyulacaq - Nazir

Azərbaycanca, 14 октября 2026 11:33 (UTC +04:00) 594
Yaşıl enerji layihələrinə 2,6 milyard dollar investisiya qoyulacaq

Azərbaycanda bərpa olunan enerjinin inkişafının birinci mərhələsi çərçivəsində 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

Nazir bildirib ki, bu layihələr üzrə özəl investisiyaların 2 milyard, dövlət investisiyalarının isə 600 milyon ABŞ dollarına çatacağı gözlənilir.

Onun sözlərinə görə, imzalanmış müqavilələr əsasında 2032-ci ilədək Azərbaycanda təxminən 8 giqavat gücündə günəş və külək enerjisi istehsalı imkanlarının yaradılması planlaşdırılır.

P.Şahbazov qeyd edib ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP, eləcə də Çin və digər ölkələrin şirkətləri ilə 20 giqavatlıq günəş və külək enerjisi layihələri həyata keçirilir.

Nazir yerli şirkətlərin də bu sahədə iştirakının genişləndiyini vurğulayıb. SOCAR-ın yaşıl enerji layihələrinə qoşulması, həmçinin Xaçmaz və Naxçıvanda ümumi gücü 150 meqavat olan dörd stansiyanın yerli investorlar tərəfindən reallaşdırılması buna nümunədir.

O əlavə edib ki, 2028-ci ildən bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində də rəqabətli hərracların keçirilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости