https://news.day.az/azerinews/1866970.html Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Azərbaycanca, 14 октября 2026 14:31 (UTC +04:00) 152
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və görüş zamanı qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm impuls verəcəyi qeyd olunub.

Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakının əhəmiyyəti qeyd olunub.

Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi dövründə AQEM-in institusional inkişafı, yeni əməkdaşlıq platformalarının yaradılması və praktiki təşəbbüslərin irəli sürülməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar, minatəmizləmə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

  • Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
  • Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
  • Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
  • Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости