https://news.day.az/azerinews/1867379.html Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO Son günlər Bakıda tozlu hava müşahidə edilir. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bu hal xüsusilə açıq ərazilərdə və yollarda daha aydın hiss olunur. Mütəxəssislərin sözlərinə görə,  müşahidə olunan tozun səbəbi yerli amillərlə bağlı deyil. Cənub-şərq istiqamətindən əsən hava axınları tozu ölkə ərazisinə gətirir.

Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO

Azərbaycanca, 16 октября 2026 00:50 (UTC +04:00) 303
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər

Son günlər Bakıda tozlu hava müşahidə edilir.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bu hal xüsusilə açıq ərazilərdə və yollarda daha aydın hiss olunur.

Mütəxəssislərin sözlərinə görə,  müşahidə olunan tozun səbəbi yerli amillərlə bağlı deyil. Cənub-şərq istiqamətindən əsən hava axınları tozu ölkə ərazisinə gətirir.

Havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır.

Atmosferdəki toz hissəcikləri tənəffüs yollarına daxil olaraq sağlamlıqla bağlı problemləri də ağırlaşdıra bilər. Xüsusilə uşaqlar, yaşlılar, allergiyası və tənəffüs sistemi xəstəlikləri olan şəxslər daha diqqətli olmalıdırlar.

Həkim-infeksionist Aytən Ziyadova deyir ki, tozlu hava şəraitində profilaktiki tədbirlər vacibdir. Xüsusilə xroniki xəstəliyi olan uşaqlar və böyüklər bu reaksiyaları daha ağır keçirə bilərlər və onlara erkən müdaxilə tələb oluna bilər.

Mütəxəssislər tozlu hava şəraitinin davam edəcəyi müddətdə vətəndaşlara açıq havada mümkün qədər az vaxt keçirməyi və sağlamlıqlarını qorumaq üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости