https://news.day.az/azerinews/1867604.html Qadınların istifadə etdiyi bu əşyalar elə bir xəstəlik yarada bilər ki... - VİDEO Bijuteriya gündəlik həyatda geniş istifadə olunan aksesuarlar sırasındadır. Üzük, sırğa, boyunbağı, qolbaq və saat kimi məhsullar görünüşümüzə gözəllik qatsa da, onların tərkibindəki bəzi maddələr sağlamlıq üçün təhlükə yarada bilər.

Qadınların istifadə etdiyi bu əşyalar elə bir xəstəlik yarada bilər ki... - VİDEO

Azərbaycanca, 16 октября 2026 19:45 (UTC +04:00) 327
Qadınların istifadə etdiyi bu əşyalar elə bir xəstəlik yarada bilər ki...

Bijuteriya gündəlik həyatda geniş istifadə olunan aksesuarlar sırasındadır. Üzük, sırğa, boyunbağı, qolbaq və saat kimi məhsullar görünüşümüzə gözəllik qatsa da, onların tərkibindəki bəzi maddələr sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislərin sözlərinə görə, bəzi aksesuarlarda kadmium, nikel və qurğuşun kimi ağır metallara rast gəlinir. Bu maddələr allergik reaksiyalara, kontakt dermatitə, uzunmüddətli təsir zamanı isə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Day.Az-ın məlumatına görə, dermatoloq Pərviz Dadaşov bildirir ki, keyfiyyətsiz bijuteriyalardan istifadə dəridə qızartı, qaşınma, yara və irinləmə ilə nəticələnə bilər.

Mütəxəssis aksesuar seçərkən məhsulun tərkibinə diqqət yetirməyi, etibarlı satıcılara üstünlük verməyi tövsiyə edir. Dəridə hər hansı narahatlıq yarandıqda isə həmin aksesuar dərhal çıxarılmalı və təkrar istifadə edilməməlidir.

Bijuteriyaların təhlükəsizliyinə nəzarət məsələsi də diqqət mərkəzindədir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, istehlakçılar aldıqları məhsulların keyfiyyətinin normativ tələblərə uyğun olmasını tələb etmək hüququna malikdirlər. Qurumun açıqlamasına görə, sahibkarlıq sahəsində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb, lakin müəyyən təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər olduqda yoxlama aparıla bilər. Beləliklə, bijuteriya seçərkən yalnız görünüş və qiymət deyil, məhsulun keyfiyyəti və təhlükəsizliyi də nəzərə alınmalıdır.

Ətraflı "APA TV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости